Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılıb.
Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında saat 14:00-da başlayan tədbirdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.
Səpələnməmişlər səbətində yer alan Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. "Qarabağ" Eyndhoven təmsilçisinə rəqib olsa, ilk görüşü Bakıda keçirəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar Yolu
"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi - "Zaltsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Hollandiya)
"Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya)
"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi - "Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi
Liqa Yolu
"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi
"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi - "Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi
Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?