Bu gün “Keşlə” və “Qəbələ” klubları arasında baş tutan yoxlama oyunundan sonra qalmaqal yaşanıb.
Qol.az “futbolinfo.az”a istinadən xəbər verir ki, “Qəbələ”nin 2:0 hesabıyla qalib gəldiyi görüş bitən kimi “Keşlə”nin futbolçuları bir-birinə dəyiblər. Belə ki, paytaxt klubunun legioneri Denis Silva gənc oyunçulardan bəzilərinə iradını bildirib. Bu zaman onlar da braziliyalı müdafiəçiyə etiraz etməyə başlayıblar. Xüsusilə gənc futbolçu Murad Qayalı komanda yoldaşının bu matçda avtoqola imza atmasını qabardaraq ondan susmasını tələb edib. Mübahisə komandanın avtobusunun yanında əlbəyaxa davaya qədər davam edib. Dava zamanı Murad Silvaya yumruq zərbəsi də endrib. Onları digər komanda yoldaşları və texniki heyət çətinliklə bir-birindən ayırıb.
Məsələni dəqiqləşdirmək üçün “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi saytımıza açıqlamasında Qayalı və Silva arasında mübahisə olduğunu təsdiqləsə də, əlbəyaxa dava barədə yazılanları təkzib edib: “Oyundan sonra Denis Murada öz iradını bildirdi. Aralarında kiçik mübahisə, anlaşmazlıq oldu. Ancaq mən Muradın Denisi vurmağını görməmişəm”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?