"Qəbələ" "Keşlə"ni məğlub etdi

"Qəbələ" "Keşlə"ni məğlub etdi
XƏBƏR 4 Avqust 2018 / 19:55 3533
-  A +

Yeni mövsümə hazırlığı davam etdirən "Qəbələ" və "Keşlə" klubları yoxlama oyunu keçiriblər.

Qol.az-ın məlumatına görə, komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər. Görüş əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab 46-cı dəqiqədə açılıb. "Keşlə"nin müdafiəçisi Denis Silva topu öz qapısına göndərib. "Qəbələ"nin 2-ci qolunu isə 85-ci dəqiqədə Rauf Əliyev vurub.

Son xəbərlər
topaz banner