"Slaviya"nın müdafiəçisi Azərbaycanda oynayacaq?

"Slaviya"nın müdafiəçisi Azərbaycanda oynayacaq?
XƏBƏR 4 Avqust 2018 / 16:57 6025
-  A +

Bolqarıstanın "Slaviya" klubunun müdafiəçisi Stefan Velkov karyerasını Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın xəbərinə görə, bu barədə "Fokus Sport" saytı məlumat yayıb. İddiaya görə, Sofiya təmsilçisində heyətə düşə bilməyən 21 yaşlı futbolçuya ölkəmizdən təklif var. Onun yeni klubunun adına növbəti həftə aydınlıq gələcəyi bildirilib.

Ancaq Velkovla maraqlanan Azərbaycan klubunun adı açıqlanmayıb.

Son xəbərlər
topaz banner