Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – BATE oyunundan əvvəl bilet satışında müəyyən problemlər yaranıb.
Qol.az-ın xəbərinə görə, adətən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında bilet satışının ötən illərdə olduğu kimi dörd deyil, bəzən bir nöqtədə təşkil olunması bu qızmar istidə uzun növbələrin yaranmasına səbəb olur. Nəticədə bir qrup azarkeş sosial şəbəkədə bununla əlaqədar narazılıqlarını bildiriblər.
Məsələ ilə əlaqədar “Qarabağ” klubundan Qol.az saytına deyiblər ki, ötən il komandanın Çempionlar Liqasının qrupuna düşməsindən başlayaraq klubun Avropa kuboklarındakı oyunlarına bilet satışını imzalanmış müqaviləyə uyğun olaraq, iticket.az şirkəti həm onlayn, həm də səyyar formada həyata keçirir.
iticket.az-ın nümayəndəsi isə Qol.az-a bildirib ki, hazırda bilet satışı saytları vasitəsi ilə onlayn, “Qarabağ” FK-nın rəsmi Fan-şopu (Park Bulvar), Respublika stadionunun kassaları və “28 Mall”da isə səyyar formada həyata keçirilir. O deyib ki, Respublika stadionunda oyundan əvvəlki günlərdə 4, oyun günü isə 8 nöqtədə bilet satışı həyata keçirilir. “Ola bilər, satıcılardan hansısa naharda olduğundan, yaxud yaxınlıqdakı marketə getdiyindən qısa müddətə bir nöqtədə satış olub. Bu məsələylə yaxından maraqlanacağıq” – deyə o bildirib.
Xatırladaq ki, "Qarabağ" - BATE oyunu avqustun 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?