“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov klubun əvəzedici komandasının birinci divizionda iştirakından imtina etməsinin səbəblərini açıqlayıb. Klub rəsmisi bunu bir neçə səbəblə əlaqələndirib:
"İlk növbədə, əvəzedici komandamızın birinci divizionda iştirakı lüzumsuzdur. Digər tərəfdən, mayda bu məsələ Klublar Komitəsinin iclasında müzakirə edildikdə məlum oldu ki, əvəzedicilərin çempionatı davam etdiriləcək. Biz də həm təşkilati, həm də büdcə məsələlərini buna uyğun formalaşdırdıq. Lakin AFFA İcraiyyə Komitəsi əvəzedicilərin çempionatının divizionla birləşdirilməsinə qərar verdi. Divizionda iştirak üçün daha böyük büdcə lazımdır. Çünki "Qəbələ"də əvəzedici heyət - U-19 və əsas komandada heyətə düşə bilməyən futbolçulardan ibarətdir. Amma indiki vəziyyətdə məcburuq ki, 22 - 25 əlavə futbolçunu daim qalmaq və digər məsələlərlə təmin edək. Bakıda bunu etmək çox rahatdır. Bölgədə isə 2-3 dəfə artıq büdcə lazımdır. Amma divizionda iştirakdan imtinamız təkcə büdcə məsələsi ilə bağlı deyil".
AFFA və PFL-ə də bu barədə məlumat verdiklərini deyən klub rəsmisi burada qeyri-adi bir şey olmadığını bildirib: "Birinci divizion ayrıca çempionat, fərqli təqvim, fərqli stadionlar deməkdir və bunun üçün ayrı komanda lazımdır. Bu səbəbdən, 2018-2019 mövsümü üçün komandamızın bu çempionatda çıxışını mümkün hesab etmədik və bununla bağlı AFFA və PFL-ə məlumat verdik" (Sportnet.az).
Osimhen sıradan çıxdı
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır