"Qarabağ" - BATE: hakimlər müəyyənləşdi

"Qarabağ" - BATE: hakimlər müəyyənləşdi
ÖLKƏ FUTBOLU 4 Avqust 2018 / 09:55 7376
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – BATE (Belarus) oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək.

Baş hakim Andreas Ekberq olacaq. Ona yan xətdə Mehmet Kulum və Stefan Hallberq kömək edəcək. Kristofer Karlsson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç saat 21:00-da başlanacaq.

Daha çox


Son xəbərlər