“Arsenal”da yeni müqavilə

“Arsenal”da yeni müqavilə
XƏBƏR 4 Avqust 2018 / 01:07 2516
-  A +

Aleks İvobi “Arsenal”dakı çıxışını davam etdirəcək.

Qol.az-ın xarici klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, nigeriyalı futbolçu “topçular”la sözləşməsini uzadıb.

Müqavilənin detalları barədə məlumat verilmir.

“Arsenal”ın baş məşqçisi Unai Emeri 22 yaşlı yarımmüdafiəçinin klubda qalmasından məmnunluğunu ifadə edib.

Qeyd edək ki, İvobi ötən mövsüm London klubunun heyətində meydana çıxdığı 26 oyunda 3 qol vurub.

 


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner