"Yuventus"dan növbəti transfer - rəsmi

"Yuventus"dan növbəti transfer - rəsmi
XƏBƏR 3 Avqust 2018 / 18:55 7367
-  A +

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın xəbərinə görə, Turin klubu "Verder"dən İdrissa Tureni icarəyə götürüb. Məlumatı Bremen təmsilçisinin rəsmi saytı yayıb. Əgər 20 yaşlı yarımmüdafiəçinin oyunu məşqçilər korpusunu qane etsə, "Yuventus" mövsümün sonunda onu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, "Leypziq"in yetirməsi olan futbolçu Almaniyanın gənclər yığmasının da üzvüdür.

Son xəbərlər
topaz banner