Vidal “Sevilya”ya qayıdır – “Barselona” razılıq verdi

Vidal “Sevilya”ya qayıdır –  “Barselona” razılıq verdi
XƏBƏR 3 Avqust 2018 / 17:50 3855
-  A +

“Barselona”nın müdafiəçisi Aleyş Vidal karyerasını yenidən “Sevilya”da davam etdirməyə yaxındır.

Qol.az-ın AS nəşrinə istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçunun transferi barədə iki klub arasında razılıq əldə olunub.

“Sevilya” keçmiş oyunçusunu geri qaytarmaq üçün kataloniyalılara 8 milyon avro təzminat ödəyəcək. Keçidin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Vidal 2015-ci ildə məhz “Sevilya”dan “Barselona”ya transfer olmuşdu.


Son xəbərlər
topaz banner