"Barselona"da seneqallı müdafiəçi

"Barselona"da seneqallı müdafiəçi
XƏBƏR 3 Avqust 2018 / 15:12 5080
-  A +

"Barselona" heyətinə yeni oyunçu cəlb etməyə hazırlaşır.

Qol.az-ın "Sport.es"ə istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi seneqallı müdafiəçi Mussa Vaqeni transfer edir. 19 yaşlı futbolçu bu gün Kataloniyaya gedərək, tibbi müayinədən keçəcək. Transferin detalları açıqlanmayıb.

Son mövsümü Belçikanın “Eypen” klubunda çıxış edən  müdafiəçi Yupiler Liqada 26 qarşılaşmada iştirak edib.

Seneqal millisində 11 oyun keçirən Vaqe DÇ-2018-də də iştirak edib.

Son xəbərlər
topaz banner