"Mançester Siti"də yeni müqavilə

"Mançester Siti"də yeni müqavilə
XƏBƏR 3 Avqust 2018 / 13:30 2104
-  A +

"Mançester Siti” futbolçusu Qabriel Jezusla müqaviləni uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı hücumçunun yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Jezusun əvvəlki müqaviləsi 2021-ci ilin iyun ayınadək idi.

Qeyd edək ki, 2016-cı ildən "şəhərlilər"də çıxış edən Braziliya millisinin üzvü ötən mövsüm Premyer Liqada  29 oyuna 13 qol vurub, 3 məhsuldar ötürmə edib.

Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner