İquain “Milan”da, Bonuççi “Yuventus”da – rəsmi

İquain “Milan”da, Bonuççi “Yuventus”da –  rəsmi
XƏBƏR 3 Avqust 2018 / 00:35 3454
-  A +

“Milan” “Yuventus”un futbolçusu Qonzalo İquainin transferini həll edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu “rassonyerlər”də bir mövsüm icarə əsasında çıxış edəcək. “Milan” 30 yaşlı forvardın keçidi üçün 18 milyon avro ödəyib.

“Yuventus” isə “Milan”ın müdafiəçisi Leonardo Bonuççini heyətinə cəlb edib. Əvəzində Turin klubundan Mattia Kaldara "qırmızı-qaralar"a keçib. Hər iki futbolçu 5 illik müqaviləyə imza atıb. 

Qeyd edək ki, 2010-2017-ci illərdə “Yuventus”da çıxış etmiş Bonuççi ötən il “Milan”a keçmişdi. 2017-ci ildə “Yuventus”a transfer edilən Kaldara isə ötən mövsüm “Atalanta”da icarədə oynayıb.

Son xəbərlər
topaz banner