"Yuventus" azarkeşləri Bonuççini fitə basdı

"Yuventus" azarkeşləri Bonuççini fitə basdı
XƏBƏR 2 Avqust 2018 / 22:50 5230
-  A +

Leonardo Bonuççinin “Yuventus”a qayıdığı Turin klubunun azarkeşlərinin ürəyincə olmayıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçini hava limanında heç bir azarkeş qarşılamayıb.

İtaliya millisinin üzvü klubun bazasında tibbi müayinədən keçəndən sonra bir qrup azarkeş onu fitə basııb.

Qeyd edək ki, 2010-2017-ci illərdə “Yuventus”da çıxış edən Bonuççi ötən yay “Milan”a keçmişdi.

Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner