Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Kukesi”ni 3 cavabsız qolla məğlub edən “Qarabağ” adını növbəti tura yazdırdı. Şkodradakı ilk matçdan fərqli olaraq, Ağdam klubu bu dəfə rəqibin müdafiəsini asanlıq yara bildi.
Zədəli Dani Kintana və Abdulla Zubirin qayıdışı, eyni zamanda yeni transfer İnnosent Emeqaranın ilk oyundaca özünü yaxşı tərəfdən göstərməsi hücum xəttindəki problemləri aradan qaldırmışdı. Məhz bunun sayəsində “Qarabağ” böyükhesablı qələbə qazanaraq, turu keçən tərəf oldu. Təmsilçimizi 3-cü təsnifat mərhələsində isə daha ciddi rəqib - BATE gözləyir. Son illər bir qədər eniş yaşasa da, Belarus klubu ikinci təsnifat mərhələsində Finalndiya HİK-ini səfərdə məğlub edərək, yenidən öz iddiasını ortaya qoydu. “Qarabağ”la BATE arasında ilk duel növbəti həftə Bakıda keçiriləcək.
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov deyir ki, artıq birinci oyundan sonra “Qarabağ”ın “Kukesi”ni hər cəhətdən üstələdiyi görünürdü: “Sadəcə, həmin matçda qol vura bilmədilər. Çünki rəqib “Qarabağ”ı yaxşı analiz etmişdi, boşluqlar vermirdi. Cavab matçında isə bu üstünlüyünü ilk dəqiqələrdən qola çevirməklə rəqibin taktiki planını dağıtdı və rahat oynamağa başladı. Oyuna diktə edən tərəf “Qarabağ” idi. Topa nəzarət edirdilər, kəsərli hücumlarla rəqibin müdafiəsini yarmağa çalışırdılar. Dünənki matçda öyrəşdiyimiz “Qarabağ”ı görməyə başladıq”. 
Arif Əsədov
Dünən “Qarabağ”ın heyətində debüt edən İnnosent Emeqara və Con Delarjın çıxışına da toxunan mütəxəssis hər iki hücumçunun oyununu bəyənib: “Emeqara “Qarabağ”da oynayıb, ona görə də komandanın oyun üslubunu artıq bilir, buna uyğun futbolçudur. Pis təsir bağışlamadı. Amma oyun praktikası baxımından tam formada olmadığı hiss olunurdu. Buna baxmayaraq, futbolçunun hərəkətlərinə, boş zonaya açılmalarına, topla rəftarına baxanda səviyyəsini bilmək olur. İlk oyundan fərqli olaraq, cavab matçında artıq “Qarabağ”ın hücumlarında da keyfiyyət artmışdı. Albaniyadakı matçda hücumlar qurulurdu, amma rəqibin cərimə meydançasının yaxınlığında top itirilirdi. Emeqara kimi ustalıq səviyyəsi olan hücumçu çatışmırdı. Bakıda isə hər şey fərqli oldu. Ümumi götürsək, demək olar ki, bütün qol epizodlarını Emeqara yaratdı, komandaya 3 penalti qazandırdı. Hamısı da haqlı qərarlar idi. Kimsə deyə bilər ki, hakim tərəfindən “Qarabağ”a hakim köməyi oldu, elə deyil. Hər üçü yüzfaizlik penalti idi. Digər hücumçuya gəldikdə isə Con Delarjın da ustalıq səviyyəsi göründü. Topla davranışları, oyunu başa düşməyindən hiss olunur ki, “Qarabağ”a köməyi dəyəcək. Düzdür, komandanın oyunu hələ də tam oturmayıb. Amma dünənki oyunda alışdığımız “Qarabağ”ı 60-70 faiz görə bildik. Artıq Qurban müəllimin əlində rəqabətə meylli heyət var. İkincisini də eyni vaxtda meydana buraxacağını düşünmürəm. Artıq müxtəlif taktiki gedişlərdən istifadə edə biləcək”.
“Qarbağ”ın 3-cü təsnifat mərhələsindəki rəqibi BATE haqda da danışan A.Əsədov təmsilçimizin Belarus klubundan güclü olduğunu düşünür: “Cavab oyunu gələcəyə nikbin baxmağa ümid verir. Məncə, “Qarabağ” BATE-dən üstündür. Əgər 4-5 il bundan qabaq olsaydı, əksini demək olardı. Bugün təmsilçimiz bir addım öndədir. Ötən il Çempionlar Liqasının qrup mərhələsində iştirak edib, BATE-dən də güclü rəqiblərə qarşı oynayıb. Ona görə də BATE-ni “Qarabağ”dan üstün saymıram”.
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da “Kukesi” ilə oyunlar barədə həmkarı ilə eyni fikirdədir: “Dünənki qarşılaşma çox xoşuma gəldi. Sevindirici haldır ki, “Qarabağ” oyundan-oyuna artırır. Dünən öz qonaqlarımla stadionda idim. Onlar da təsdiqlədilər ki, meydanda öz dəsti-xətti ilə seçilən çox səviyyəli bir “Qarabağ” komandası var. Həm birinci, həm də ikinci oyunda “Qarabağ” “Kukesi”dən qat-qat üstün komanda olduğunu sübut etdi. Elə birinci oyundan sonra görünürdü ki, mərhələni biz keçəcəyik. Dünən də bunun canlı şahidi olduq. “Qarabağ” çox gözəl oyunla xalqımızı sevindirdi. İnanıram ki, növbəti mərhələlərdə də müsbət nəticələr qazanacağıq və komandamız yenə qrup mərhələsinə vəsiqə qazanacaq”.
Vaqif Sadıqov
Yeni transferləri də dəyərləndirən mütəxəssis “Qarabağ”da rəqabətə meylli kollektiv yarandığını deyib: “Emeqara “Qarabağ”da oynayıb. Ona görə də uyğunlaşmaq üçün o qədər də vaxta ehtiyac yoxdur. Hiss olunurdu ki, meydanda digər futbolçuları yaxşı başa düşür. Digər hücumçunun adaptasiyası üçün isə vaxt lazımdır. Məncə, Qurban Qurbanov istədiyi nəticəni qazanandan sonra, komanda rahat oynamağa başlayanda Delarjı da meydana buraxmalıdır ki, adaptasiya mərhələsini tez keçsin, ab-havanı tutsun. Düşünürəm ki, hər iki yeni transfer əsas heyətdə yer alacaq və komandanın müsbət nəticələr əldə etməsi üçün imkan yaranacaq. Tək hücum xətti deyil, heyətə fikir versəniz, görərsiniz ki, nə qədər rəqabət heyətli komandamız var. Ozobiç, Slavçev, Coşqun Diniyev, Halldorson... Bütün mövqelərdə çox güclü rəqabət var. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq ki, əsas heyətdə yer alsın. Bu isə “Qarabağ”ın nəticələrinə müsbət yöndə təsir edəcək. Ən vacibi də məhz budur. Onlar özlərini sübut etməlidirlər”.
BATE-yə gəlincə, V.Sadıqov hesab edir ki, Qurban Qurbanovun komandası bu rəqibi də keçə biləcək gücdədir: “Qarabağ” bu cür oyunla BATE-ni də keçə bilər. Biz hamımız bunu gözləyirik. BATE də “Olimpiya” kimi bir komandadır. Üçüncü mərhələdəki rəqibi bu cür dəyərləndirərdim. İntizamlı, fiziki cəhətdən güclü və praqmatik futbol sərgiləyən rəqibdir. Bizim çempionumuz isə nəticəyə yönələn futboldan əlavə, baxımlı oyun sərgiləyir. Mütləq bu mərhələni də adlayıb, azarkeşlərimizə qələbə sevinci bəxş edəcək”.
Elnur SALAHOV
Qol.az
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?