"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Qol.az-ın məlumatına görə, Ağdam klubu ÇL-in üçüncü təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq. Bu halda Qurban Qurbanovun komandası pley-off-ün püşkü zamanı səpələnmişlər səbətində yer alan PSV (Hollandiya), həmçinin "Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya), "Seltik" (Şotlandiya) - AEK ("Yunanıstan), "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütlüklərinin qaliblərindən biri ilə düşə bilər.
"Qarabağ" - BATE cütü ilə yanaşı səpələnməmişlər səbətində “Yanq Boyz” (İsveçrə), “Malmö” (İsveç) – “Videoton” (Macarıstan), “Srvena Zvezda” (Serbiya) – “Spartak” (Trnava, Slovakiya) cütlüyünün qalibləri də olacaq.
Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.
Xatıradaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq "Qarabağ" - BATE matçı avqustun 7-i saat 21:00-da başlayacaq. 1 həftə sonra “Borisov Arena”da keçiriləcək cavab qarşılaşması da Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?