“Hakimlik faciə idi. Oyunu bərbad idarə etdilər. Baş hakim sanki “Qarabağ”ın 12-ci oyunçusu idi”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kukesi”nin prezidenti Safet Qyiçi “Qarabağ”la Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunundan (0:3) sonra Albaniyanın “Panorama Sport” nəşrinə açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan klub prezidenti hakimlərlə yanaşı, öz futbolçularını də tənqid edib:
“Oyunun nəticəsinə, xüsusilə də qapıçımıza görə çox məyusam. Şkodradakı ilk matçda da qorxaq oynadıq, demək olar ki, oynamadıq. Çətin olacağını bilirdik. Müdafiədə buraxdığımız iki adi səhv bizə baha başa gəldi. İlk qol oyunun qırılma anı idi. Bundan sonra rəqib daha inamlı hücumlar etməyə başladı. Biz panikaya düşdük”.
Qeyd edək ki, “Qarabağ” Dani Kintana (2) və Con Delarjın qolları ilə “Kukesi”ni 3:0 hesabı ilə məğlub edərək, 3-cü təsnifat mərhələsində Belarusun BATE klubuna rəqib olub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?