“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə cavab oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib.
- Hər kəsi qələbə münasibətilə təbrik edirəm. Layiqli qalibiyyət idi. Şükürlər olsun, xalqımızı sevindirə bildik. Oyuna gəlincə, ilk dəqiqələrdə rəqib daha sıx oynayırdı. Düşünürəm ki, qolu vaxtında vurduq. İlk hissədə rəqib qapısına yol tapa bilməsəydik, problem yarana bilərdi. Çünki bundan sonra rəqib daha yaxşı müdafiə olunacaqdı. Vurduğumuz qol onların oyun sistemini pozdu. Məhz bundan sonra irəli atıldılar. Bu da bizim işimizə yaradı və daha rahat oynadıq. Üç penalti qazandıq, hamısı haqlı qərar idi. İkisindən istifadə edə bildik. Qələbəyə baxmayaraq, ağır oyun oldu. Düşündüyümüzdən də artıq müdafiə olunmağa çalışırdılar.
- Komandanıza yeni qoşulan futbolçuları necə dəyərləndirirsiniz?
- Yavaş-yavaş uyğunlaşırlar. Ancaq heç bir həftə deyil ki, komandaya qoşulublar. İstər-istəməz adaptasiya dövrü keçirlər. Fikrimcə, növbəti oyunlarda onlardan daha yaxşı yararlana biləcəyik.
- Növbəti mərhələdə BATE ilə qarşılaşacaqsınız. Bu rəqib barədə hansı fikirdəsən?
- Bilirsiniz ki, bizim qarşılaşdığımız komandalar öz ölkələrinin çempionlarıdır və aralarında zəif rəqib yoxdur. Görünür, BATE səfərdə qol vuran komandadır. Artıq neçə illərdir Avropada öz adını saxlayır. Bu komanda haqda hələlik heç nə bilmirik. Oyundan sonra onlarla düşdüyümüzü öyrəndik. Bizim üçün ağır olacaq. Ancaq əlimizdən gələni edəcəyik.
- BATE-nin gücündən danışdın. Amma yəqin razılaşarsan ki, “Qarabağ” “Kukesi”ni sanki məşq edirmiş kimi məğlub etdi...
- Burada qırmızı vərəqə amili də var. Hava bizim üçün isti idisə, onlara ikiqat çətin idi. Bəziləri meydanda problem yaşayırdı. Bu stadionda oynamaq hər komanda üçün asan deyil. Azarkeş amilini də qeyd etməliyəm. Güclü təzyiq altda oynadılar.
- BATE ilə oyunlar çempionatın startı ərəfəsinə təsadüf edəcək. Bu, sizə hər hansı çətinlik yaratmayacaq?
- Ola bilər ki, hansısa çətinlik olsun. Ancaq yəqin ki, baş məşqçimiz proqramı təyin edəcək. Kimlərin oynayıb-oynamayacağına qərar verəcək.
- Səncə, mövsümün ilk turunu avrokuboklara qurban vermək olarmı?
- Fərq qoymaq istəməzdim. Amma Çempionlar Liqasına getmək üçün Premyer Liqa bizim üçün önəmlidir.
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?