“Qarabağ”ın növbəti rəqibi bilindi - Yenilənib

“Qarabağ”ın növbəti rəqibi bilindi -  Yenilənib
XƏBƏR 1 Avqust 2018 / 22:50 11477
-  A +

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Qol.az-ın xəbərinə görə, 2-ci mərhələdə “Kukesi”ni mübarizədən kənarlaşdıran, Ağdam təmsilçisi növbəti mərhələdə BATE ilə qarşılaşacaq.

Belarus klubu bir qədər əvvəl başa çatan oyunda HİK-ə (Finlandiya) 2:1 hesabı ilə qalib gələrək (ilk oyun - 0:0) 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

"Qarabağ" BATE ilə ilk oyunu Bakıda keçirəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

Son xəbərlər
topaz banner