Azərbaycan kubokunda 1/16 final mərhələsinin ləğv edilməsinin səbəbi müəyyənləşib.
Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Təşkilatçı qurumun rəhbəri bildirib ki, komanda sayı az olduğu üçün yarışa 1/8 final mərhələsindən başlamağa məcbur olublar: "İndiki durumda turnirin qrup mərhələsi formatında təşkili də uyğun deyil. Cəmi 14 komanda olacaq - Premyer Liqadan 8, I diviziondan isə 6 kollektiv. Əvəzedici komandaları yarışa buraxa bilmərik. Çox istəyirdik ki, yenilik edək. Amma ortada olan budur. Say azlığı işimizə çətinə salır. Hələ kubokda 14 iştirakçının olmağı, yəni I divizondan 6 komandanın gəlməsi sual altındadır”.
Musayev Azərbaycan kuboku üçün sponsor axtardıqlarını da deyib. O, hazırda bununla bağlı danışıqların getdiyini söyləyib: “Söz verən var, amma dəqiq bir şey yoxdur”.
Qeyd edək ki, Azərbaycan Kubokuna dekabrın 6-da start veriləcək. Final matçı isə mayın 19-da keçiriləcək.
Osimhen sıradan çıxdı
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər