"Kukesi" "Qarabağ"ı keçsə... - prezidentdən 150 min avroluq mükafat

"Kukesi" "Qarabağ"ı keçsə... - prezidentdən 150 min avroluq mükafat
ÖLKƏ FUTBOLU 1 Avqust 2018 / 13:40 3945
-  A +

"Kukesi"nin prezidenti Safet Qyiçinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la oyunlar üçün komandaya vəd etdiyi mükafatın məbləği məlum olub.

Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub prezidenti Ağdam təmsilçisini keçəcəkləri təqdirdə komandaya 150 min avro mükafat söz verib. Əgər "Kukesi" 3-cü təsnifat mərhələsinə vəsiqə qazansa, UEFA-dan 1 milyon 440 min avro gəlir əldə edəcək. Bunu nəzərə alan Safet Qyiçi komandaya yeni mükafat vəd edib.

Xatırladaq ki, klub prezidenti 1-ci təsnifat mərhələsində Malta "Valletta"sını keçdiyi üçün komandaya 100 min avro mükafat vermişdi.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kukesi" oyunu saat 21:00-da start götürəcək. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır