Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Albaniyanın “Kukesi” klubu qapıçısı Faton Malokunu Bakıya gətirə bilməyib.
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, buna səbəb onun viza ala bilməməsidir. Kosovo vətəndaşı olan 27 yaşlı qolkiper Azərbaycana buraxılmayıb. Çünki Azərbaycan bu ölkənin müstəqilliyini tanımır. Çempionlar Liqasının ilk 3 matçında ehtiyatda oturan Malokunu bugünkü matçda ikinci qapıçı kimi Yetmir Başa əvəz edəcək.
“Kukesi”nin digər kosovoluları – yarımmüdafiəçilər Donjet Şkodra ilə Besar Musolli isə Belçika və Albaniya vətəndaşlığı olduğu üçün viza problemi yaşamayıblar.
Qeyd edək ki, "Qarabağ" - "Kukesi" görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.
Osimhen sıradan çıxdı
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı