"Sabahkı oyun bizim üçün asan olmayacaq. Ciddi hazırlaşmışıq. Futbol sürprizləri sevən bir idman növüdür. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qol.az-ın məlumatına görə, bu sözləri Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Armando Kunqu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Penaltilərə hazırlaşmısınız, yoxsa cütün taleyini əsas vaxtda həll etmək istəyirsiniz?
- Necə olacağını bilmək olmaz. İstərdik ki, cütün taleyini 90 dəqiqə ərzində həll edək. Amma penaltilərə də hazırlaşmışıq.
- Komanda üzvlərinizin Bakıya iki ayrı təyyarə ilə və fərqli vaxtlarda gəldiyi deyilir. Bu, nə dərəcə düzdür?
- Belə halların baş verməsi xoş deyil. Viza problemi ilə üzləşdik. Kosovo vətəndaşı olan oyunçumuzu Azərbaycana gətirə bilmədik. Çünki Azərbaycan bu ölkənin müstəqilliyini tanımır. Biz futbol oynayırıq. Siyasi bir hadisənin iştirakçısı olmaq istəməzdik.
- İki futbolçunuzun "Keşlə" ilə danışıq apardığı deyilir...
- Bu barədə məlumatım yoxdur. Futbolda belə şeylər olur. Kimsə altdan-altdan iş görə bilər. İndi bu barədə düşünmürəm.
- Bakıda fərqli "Kukesi" görə biləcəyik?
- Evdə üzərimizdə bu qədər təzyiq yox idi. Burada suallarınızdan görürəm ki, işimiz çətin olacaq. Əsas nəticə qazanmaqdır. Ağıllı oynamağı bacarmalısan (Report).
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev