"Milan"ın hücumçusu "Qalatasaray"a keçir

"Milan"ın hücumçusu "Qalatasaray"a keçir
XƏBƏR 31 İyul 2018 / 13:27 5979
-  A +

Ötən mövsüm "Milan"da zəif təsir bağışlayan Andre Silva "Qalatasaray"a keçməyə yaxındır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. "Cim-bom"un Silva üçün "Milan"a heç bir məbləğ ödəməyəcəyi bildirilir.

Andre Silvanın komandadan gedişi "Yuventus"un hücumçusu Qonzalo İquainin "Milan"a gəlişi ilə əlaqələndirilir.

Qeyd edək ki, Silva 2017-ci ildə "Portu"dan "Milan"a keçib. O, "rassonyerlər"in  heyətində 24 oyun keçirib və 2 qol vurub.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq