Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda sabah "Qarabağ"la qarşılaşacaq "Kukesi" Bakıya gəlib.
Qol.az-ın "Panorama Sport"a istinadən yaydığı xəbərə görə, gecə saatlarında paytaxtımıza çatan Albaniya klubunu Heydər Əliyev adına Beynəlxalq hava limanında komandanın sabiq hücumçusu Rauf Əliyev və sabiq baş məşqçisi Mladen Milinkoviç qarşılayıblar.
Xatırladaq ki, ötən mövsüm "Kukesi"nin uğurları üçün çalışan "Qəbələ"nin hücumçusu R. Əliyev və "Keşlə"nin yeni baş məşqçisi M. Milinkoviç qış fasiləsində komandadan ayrılıblar.
Qeyd edək ki, "Qarabağ" - "Kukesi" oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 21:00-da start götürəcək. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?