"Keşlə" "Qəbələ" ilə qarşılaşacaq
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Keşlə” daha bir yoxlama matçı keçirəcək.
Qol.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi "Qəbələ" ilə qarşılaşacaq. Oyun avqustun 4-də “Bakı”nın təlim-məşq Bazasının stadionunda keçiriləcək.
Qarşılaşmanın başlanma saatı dəqiqləşdirilməyib.