"Barselona"da ayrılıq
“Barselona”nın futbolçusu Luka Din Kataloniya klubundan ayrılıb.
Qol.az-ın xəbərinə görə, fransalı futbolçu bu barədə şəxsi İnstaqram səhifəsində yazıb. “Barselona”nın ona ailə kimi olduğunu bildirən 25 yaşlı futbolçu klubda çalışan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, 2016-cı ildə PSJ-dən transfer edilən Luka Dinin “Everton”a keçəcəyi gözlənilir.