Braziliya millisi və PSJ-nin hücumçusu Neymar tez-tez simulyasiya etdiyinə görə özünə qarşı yönələn tənqidlərə münasibət bildirib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçu hərdən bilərəkdən yerə yıxıldığını etiraf edib:
"Siz düşünə bilərsiniz ki, mən simulyasiya edirəm. Hərdən yalandan yerə yıxılıram. Amma həqiqətən meydanda çox əziyyət çəkirəm. Bəzən bütün dünyanı heyətləndirən, bəzən də zəhlətökən oyun üslubunda çıxış edirəm. Fikirləşə bilərsiniz ki, mən tez-tez yıxılıram. Amma belə deyil.
Sanki hərdən özümdən uzaqlaşıram. Bu isə topuq əməliyyatından sonra addım atmaqdan da çətindir. Uzun illər sizin tənqidlərinizi qəbul etmişəm. Aynaya baxıb yeni insan olduğumu görməyimin üstündən xeyli vaxt keçib. Bilin ki, yalnız yıxılanlar sonradan ayağa qalxa bilirlər".
Osimhen sıradan çıxdı
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı