“Kukesi” bu gün gəlir
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Qarabağ”ın qonağı olacaq "Kukesi”nin Bakıya səfər proqramı açıqlanıb.
Qol.az-ın "Panorma Sport”a istinadən yaydığı xəbərə görə, Albaniya təmsilçisi bu gün Bakı vaxtı ilə saat 23:00-da ölkəmizə yola düşəcək.
Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” matçı saat 21:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun qolsuz başa çatıb.