Şeydayev oynadı, "Trabzonspor" qalib gəldi
Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” növbəti yoxlama görüşü keçirib.
Qol.az-ın məlumatına görə, qaradənizlilər aşağı liqa təmsilçisi “Samsunspor”la qüvvəsini sınayıb.
Oyuna ehtiyatdan başlayan Şeydayev fasilədən sonra meydana daxil olub. “Trabzonspor” ikinci hissədə 3 qol vuraraq böyükhesablı qələbə qazanıb – 3:0.
Qolları Pereyra, Amiri və Muhammet Bəşir rəqib qapısından keçirib.