Millimizin üzvü Türkiyədə klubunu dəyişdi
Millimizin üzvü Ufuk Budaqın yeni klubu müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, 28 yaşlı müdafiəçi Türkiyə 1-ci liqasında çıxış edən "Boluspor”la anlaşıb. Klubun rəsmi saytı onunla 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, ötən mövsüm Türkiyədə "Samsunspor”da çıxış edən Budak, daha əvvəl "Manisaspor”, "Kayserispor” və "Qaziantep BB” kimi klublarda da oynayıb.