"Qarabağ"ın oyununa 10 min bilet satılıb

"Qarabağ"ın oyununa 10 min bilet satılıb
XƏBƏR 29 İyul 2018 / 14:54 5420
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Kukesi” oyununa 10 min bilet satılıb.

Bu haqda Qol.az-a klubun mətbut xidmətindən bildirilib.

Qeyd edək ki, bu komandaların cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21.00-da başlanacaq. Komandaların Albaniyadakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.

Klubun rəsmi saytı yazır ki, “Qarabağ” – “Kukesi” oyununa biletləri aşağıdakı ünvanlardan ala bilərsiniz:

T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)
Heydər Əliyev Sarayının kassası 28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.


Son xəbərlər
topaz banner