“Arsenal” PSJ-ni darmadağın etdi
Beynəlxalq Çempionlar Kuboku turniri davam edir.
Qol.az-ın məlumatına görə, bu gün “Arsenal”la PSJ qarşılaşıb.
Sinqapurda keçirilən oyun London klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bu görüş “Arsenla”ın yeni baş məşqçisi Unay Emerinin yayda ayrıldığı sabiq komandasına qarşı ilk oyunu idi.
“Arsenal” (İngiltərə) – PSJ (Fransa) – 5:1
Qollar: Özil, 13, Lakazett, 67, 71, Holdinq, 88, Nketia, 90+4 - Nkunku, 60-pen.