"Qarabağ" heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Ağdam klubu "Hart"ın (Şotlandiya) hücumçusu Kayl Laffertini transfer etmək istəyir. "Qarabağ"la yanaşı, "Reyncers" və "Seul"un da şimali irlandiyalı oyunçu ilə maraqlandığı bildirilib.
Hətta Stiven Cerrardın baş məşqçisi olduğu "Reyncers"in 30 yaşlı oyunçu üçün 200 min funt-sterlinqlik təklif göndərdiyi vurğulanıb. Amma bu təklifi “Harts” qəbul etməyib. Klub gələn ilin yayına qədər K.Leffertinin transfer qiymətinin 750 min funt-sterlinq olduğunu açıqlayıb.
K.Leffertinin bu 3 klubdan birinə keçəcəyi iddia olunub.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər