"Qarabağ" - "Kukesi" oyununa - hakim təyinatları

"Qarabağ" - "Kukesi" oyununa - hakim təyinatları
ÖLKƏ FUTBOLU 28 İyul 2018 / 00:01 5464
-  A +

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” matçının hakimləri məlum olub.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Peter Kralovic olacaq. Ona yan xətdə Miroslav Benko və Erik Weiss yardım edəcək.  Patrik Hrcka isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər