Əliyar Ağayev Çempionlar Liqasında

Əliyar Ağayev Çempionlar Liqasında
ÖLKƏ FUTBOLU 27 İyul 2018 / 15:31 6419
-  A +

FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” klubu ilə  ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Daha çox


Son xəbərlər
topaz banner