"Qarabağ" Emeqaranı neçəyə alıb?

"Qarabağ" Emeqaranı neçəyə alıb?
ÖLKƏ FUTBOLU 26 İyul 2018 / 18:13 11157
-  A +

"Qarabağ"ın yeni transferi İnnosent Emeqaranın Ağdam klubunda qazanacağı məbləğ müəyyənləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Nigeriya əsilli isveçrəli hücumçunun keçidi "Qarabağ"a 800 min avroya başa gəlib. 29 yaşlı forvard ağdamlılarla 1+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, bu, Emeqaranın "Qarabağ"a ikinci gəlişidir. Təcrübəli futbolçu 2014-2015 mövsümündə də Ağdam klubunun formasını geyinib və 8 oyunda 5 qol vurub.

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır