"Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu dünən keçirdi. Albaniyada "Kukesi"nin qonağı olan Ağdam klubu 0:0 hesablı heç-heçəyə razılaşdı. İkili oyunlarda rəqib meydanında qolsuz bərabərliyi sərfəli nəticə saymaq olar. Ancaq bu, hələ son deyil və qarşıda cavab matçı var.
Bəs görəsən, Qurban Qurbanovun komandası ilk görüşdə necə təsir bağışladı və avqustun 1-də Bakıda keçiriləcək ikinci oyun öncəsi şansları necə qiymətləndirilir?
Ölkənin əməkdar məşqçisi Ağasəlim Mircavadov dünənki qarşılaşmada "Qarabağ"ın oyununda lazımı sürətin olmadığını bildirdi:
"Qarabağ"ın özünəməxsus oyun üslubu var. Topu özlərində çox saxlayıb, rəqibi yorurlar. Ancaq müasir futbolda sürət də vacib amildir, çox şeyi həll edir. Bunun üç forması var: komandanın topsuz, topla sürəti və futbolçuların fərdi sürəti. Bunlar olduqca önəmli şeylərdir. Dünya çempionatında çıxış edən bəzi ölkələr də sübut etdilər ki, topla yaxşı işləməklə yanaşı, sürət də lazımdır. Dünən "Qarabağ"ın oyununda da məhz bu amil çatışmadı. Düzdür, komanda təkqapı oynadı. Ancaq buna aldanmaq olmaz. Çünki qapıya zərbə yox idi. "Qarabağ"ın yaxşı vaxtlarında sürətli oyunlarını çox görmüşük. Məncə, hazırda çatışmayan başlıca məqam budur".
Birinci mərhələdə olduğu kimi, bu dəfə də hücum xəttində Mahir Mədətovun ümidinə qalan "Qarabağ"ın ən yaralı yeri məhz ön xəttdir. Elə A.Mircavadov da bu cür düşünür: "Digər tərəfdən, komandada hücumçu problemi var. Ön xəttə 2 yeni transfer ediblər. Emeqaranı tanıyıram, yaxşı hücumçudur. Ondan lazımınca istifadə etmək lazımdır. O, "Qarabağ"ın hücum xəttindəki problemini həll edə bilər. Ancaq digər hücumçunu tanımıram. Yeni gələn hər bir futbolçunun əvvəlki komandasından niyə çıxdığını aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə, "Qarabağ"ın yay fasiləsində aldığı oyunçular səviyyəlidir, amma hələ tam uyğunlaşmayıblar. Buna zaman lazımdır".
Müdəfiə xəttinin oyununu xüsusi fərqləndirən mütəxəssis 1 həftə sonra Bakıda olacaq cavab oyununa da toxunub: "Dünənki matçda ən xoşuma gələn müdafiəçilərimizin çıxışı oldu. Rəqib oyunu əks-hücumlarda qursa da, arxa xətt oyunçuları vaxtında bunun qarşısını ala bilirdi. Çox sakit və dəqiq oynadılar. Hətta bəzi epizodlar bir futbolçunun üstünə 3-ü gedib. topu ondan alırdı. Fikrimcə, "Qarabağ" cavab oyununda sürəti artırsa, "Kukesi"yə istədiyi qədər qol vura bilər".
Millinin sabiq baş məşqçisi Şahin Diniyev deyir ki, "Qarabağ" dünən meydana sırf nəticə üçün çıxmışdı:
“Komanda hazırda yaxşı vəziyyətdə deyil. Ona görə də nəticə olduqca vacib idi. Düşünürəm ki, istəklərinə nail oldular. Hücumda problem olduğu açıq-aşkar görünürdü. Amma bu, normaldır. Çünki hələ mövsümün əvvəlidir. İlk oyundan sonra demək olar ki, "Qarabağ" cütün taleyini Bakıda həll etmək iqtidarındadır. Albaniyada artıq səviyyə fərqini ortaya qoya bildilər. Amma qol vurmasalar, turu keçmək çox çətin olacaq. Yeni transferlər Emeqara və Delarj hücum xəttini gücləndirə bilərlər. Lakin "Qarabağ"ın problemi təkcə hücumla bağlı deyil. Komanda hücum qurmaqda da çətinlik çəkir. Desəm ki, yeni futbolçular gələn kimi bu problemi aradan qaldıracaqlar, aldadıcı olar. Transferlərin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Getdikcə hər şey yoluna düşəcək".
Elnur SALAHOV
Qol.az
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev