"Zirə"nin yeni transferi Pərdis Fərcad-Azad Qol.az-a müsahibə verib. Mövsümün sonunda "Keşlə"dən gözlənilməz gedişi haqda danışan İran əsilli hücumçu yeni komandasındakı hədəflərindən də danışıb.
- Əvvəlcə "Zirə"yə keçidinizlə bağlı təəssüratlarınızı bilmək istərdim...
- Çox şadam ki, “Zirə”yə keçdim. Yaxşı və stabil komandadır. Mənim üçün maraqlı olacaq. İlkin təəssüratlarım yaxşıdır. Özümü yaxşı tərəfdən göstərib, komandaya kömək etmək istəyirəm.
- Maraqlıdır, başqa təklifləriniz də var idi?
- Bəli, Azərbaycandan başqa klublar da mənimlə maraqlanırdı. Amma mən “Zirə”yə üstünlük verdim. Fikrimcə, ən yaxşı addımı atdım.
- "Keşlə"dən ayrılacağınızı çoxları gözləmirdi. Nə baş verdi? Klub sizi istəmədi, yoxsa siz qalmaqda maraqlı olmadınız?
- Bəli, klub məni istəmədi. Amma bunun hansı səbəbdən olduğunu bilmirəm. Düşünürəm ki, orada yaxşı çıxış etdim, qollar vurdum, komandaya xeyirim dəydi. Meza Kolli ilə oyunumuz çox yaxşı alınırdı. Oradan ayrılmaq mənim üçün də gözlənilməz oldu.
- Sabiq komandanız Avropa Liqası ilə birinci təsnifat mərhələsində vidalaşdı. Sizcə, "Keşlə" niyə "Baltsan"ı keçə bilmədi?
- “Keşlə”nin niyə mərhələ adlamadığını deyə bilmərəm. Çünki hazırda komandanın içində deyiləm və oradakı vəziyyətdən xəbərim yoxdur. Amma mərhələ keçə bilməməyinə həqiqətən çox təəssüfləndim. Onlara azarkeşlik edirdim. Futboldur, bəzən surpriz nəticələr olur.
- Sizdən sonra Yuri Maksimov da "Keşlə"də qalmadı, istefa verdi. Onun gedişini necə qarşıladınız?
- Mən artıq “Zirə”dəyəm və Maksimovun getməyi ilə bağlı heç nə deyə bilmərəm. Bu, “Keşlə”nin daxili işidir. Mənim nəsə deməyim düzgün deyil. Yəqin klub rəhbərliyi belə məsləhət bilib. Ona görə bu cür qərar verilib.
- Ukraynalı mütəxəssis komandadan gedəndən sonra saytımıza müsahibəsində "Keşlə"ni qeyri-ciddi klub adlandırıb. Siz bu barədə hansı fikirdəsiniz?
- Yenə deyirəm, mən artıq "Keşlə"nin futbolçusu deyiləm. Ona görə də bu haqda danışmaq istəmirəm.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?