Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün qitənin ən mötəbər klub turnirində “Qarabağ” da meydana çıxıb.
Ağdam klubu Albaniyada “Kukesi”nin qonağı olub. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz qolsuz bərabərə qalıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 1-i Bakıda keçiriləcək.
Əlavə edək ki, Qurban Qurbanovun komandası bu mərhələni də uğurla adlasa, növbəti turda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.
25 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
21:00. “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) - 0:0
Baş hakim: Ola Hobber Nilsen (Norveç)
Şkoder. “Loro Boriçi” stadionu
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı