"Heyətlə bağlı bir neçə problemimiz var" - Qurban Qurbanov

"Heyətlə bağlı bir neçə problemimiz var" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 24 İyul 2018 / 23:08 7363
-  A +

“Kukesi" futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik. Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə sabah keçiriləcək səfər oyunundan öncə təşkil edilən mətbuat konfransında deyib.

O, heyətdə müəyyən problemlərin olduğunu, ancaq səfər matçından yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: "Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq. Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticə ilə qayıtmaq üçün meydana çıxacağıq".

Mənbə: qarabagh.com

Daha çox


Son xəbərlər