Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az-a müsahibə verib. Komandalarımızın avrokuboklardakı çıxışı barədə fikirlərini bildirən mütəxəssis onların növbəti mərhələ şanslarını dəyərləndirib.
- Ötən həftə təmsilçilərimiz avrokuboklarda mübarizəyə başladı. Əvvəlcə ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" meydana çıxdı. Sloveniyada "Olimpiya"nın qonağı olan Ağdam klubu minimal hesablı qələbə qazandı. Qurban Qurbanovun komandasının çıxışı barədə nə deyə bilərsiniz?
- "Qarabağ"ın oyununa baxa bilməmişəm deyə nəsə fikir bildirmək çətindir. Ancaq nəticə çox yaxşıdır. Səfərdə qazanılan 1:0 hesablı qələbə komandanın növbəti tura yaxınlaşdırıb. Oyunçuları isə daha da ruhlandırıb.
- Nəticəyə əsasən, demək olarmı ki, artıq "Qarabağ" ikinci təsnifat mərhələsinin bir addımlığındadır?
- Yox, mən belə düşünmürəm. Hesab 0:0 olsaydı, sizinlə razılaşardım. Niyə? 1:0 uşaqlarda arxayınlıq da yarada bilər. Sona qədər oynamaq lazımdır.
- "Qarabağ" "Olimpiya"nı keçsə, 2-ci təsnifat mərhələsində də nisbətən zəif rəqiblə oynayacaq. Əgər 3-cü mərhələyə adlasalar, burada artıq güclü komandalarla üz-üzə gələcəklər. Sizcə, hazırkı heyət səviyyəli komandalarla oynamaq üçün kifayət edəcək?
- "Qarabağ" axıra kimi getmək istəyirsə, oyunçu seçməlidir. Bunun söhbəti yoxdur. Getdikcə rəqiblər daha da güclənəcək. Mən baxdım, birinci təsnifat mərhələsində "Seltik" kimi komanda oynayır. Hər il olmasa da, çox vaxt qruplara qalırlar. Bu isə o deməkdir ki, kifayət qədər ciddi rəqiblərlə qarşılaşa bilərlər. Nəticə əldə etmək istəyirlərsə, hər şeyə hazır olmaq lazımdır.
- Avropa Liqasında mübarizə aparan "Qəbələ" turnirə uğursuz start verdi və ilk oyunda evdə Lüksemburqun "Proqres" klubuna 0:2 uduzdu. Bu məğlubiyyəti necə şərh edərdiniz?
- "Qəbələ"nin oyununa baxanda hesab artıq 0:2 idi. Sonradan qolları gördüm. Öz yerində məğlubiyyət istənilən komanda üçün ağır nəticədir. Mövsümün sonunda "Qəbələ" bir neçə oyunçu getdi. Bu cür oyunlara komanda şəklində hazır olmaq lazımdır. Məşqçi komanda daxilində psixoloji durumu, komandanın fiziki hazırlığını, taktiki gedişləri sabit saxlamalıdır. Xüsusilə psixoloji baxımdan çox iş görüləməlidir. Uşaqlar da ona inanmalıdırlar.
- Necə düşünürsünüz, "Qəbələ" səfərdə bu komandaya 2 top vura bilərmi?
- Hər şey özlərindən asılıdır. Niyə də olmasın?! Əgər "Qəbələ" Avroliqada yoluna davam etmək istəyirsə, bunu mütləq etməlidir. Onlar 2 top vura bilirlərsə, bunlar da bacararlar.
- "Keşlə" də gözlənilmədən Maltada 1:4 hesabı ilə uduzdu. Bu komandanın geri dönüş edib, mərhələ adlayacağına inanırsınız?
- Bizdə əsas problem orda yaranır ki, avrokuboklara vəsiqə qazanan komandalar çempionat başa çatdıqdan sonra ora hazırlaşırlar. Birinci, oyunçu axtarırlar. Halbuki mövsümün əvvəlindən artıq bunun planını cızmaq və komandanı da buna uyğun yığmaq lazımdır ki, futbolçular bir-birilərinə uyğunlaşsınlar. Ən əsası isə heyəti qorumaq lazımdır. Ola bilər, mövsümün sonunda çatışmayan mövqelərə 1-2 futbolçu alasan. Daha 7-8 transfer etməməlisən. Düzdür, "Keşlə" komandanın özəyini saxladı. Amma hazırlıq necə olub, harda olub, bu məsələ də var. Ümumiyyətlə, yay aylarında Azərbaycanda təlim-məşq toplanışı keçmək çox çətindir. Hava isti olur, rəqib tapa bilmirsən. Avropaya uyğun hazırlıq keçmək lazımdır.
- Son olaraq, "Neftçi" ilə bağlı da fikirlərinizi bilmək maraqlı olardı...
- "Neftçi"nin oyununa televizorda baxdım. Hesabda geri olmalarına baxmayaraq, sonradan 3 qol vurub qalib gəlmələri yaxşı haldır. Ancaq qələbəyə baxmayaraq, rəqib yaxşı komandadır, oynamağı bacarırlar, topu hara gəldi vurmurlar. 2 kobud səhvdən sonra qapılarında qol gördülər. Halbuki buna qədər çox ağıllı müdafiə olunurdular. Topla gözəl işləyirdilər, özlərində yaxşı saxlayırdılar. "Neftçi" səfərdə hər şeyə hazır olmalıdır. Üstünlüyü əldən verməməlidir.
- Yekunda 4 təmsilçimizdən hansıları növbəti mərhələdə görürsünüz?
- "Qarabağ" üstünlüyü əldən verməz. Gərək, "Neftçi" də qələbə hesabını qoruyub saxlasın. Amma digər klublarımız üçün ağır olacaq.
Elnur SALAHOV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı