"Trabzonspor"dan Ramil Şeydayevlə bağlı açıqlama

"Trabzonspor"dan Ramil Şeydayevlə bağlı açıqlama
XƏBƏR 7 İyul 2018 / 20:32 7078
-  A +

“Trabzonspor” prezidentinin məsləhətçisi Özkan Sümer millimizin hücumusu Ramil Şeydayevin gələcəyi ilə bağlı açıqlama verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, 22 yaşlı hücumçunun klubdakı taleyinin baş məşqçidən asılı olduğunu deyib: "Baş məşqçi razı qalsa, o qalacaq. Çünki maaşı yüksək deyil. Onsuz da, Ramil baş məşqçinin tələbi ilə buradadır. Hazırda klubun düşərgəsindədir. Toplanış bitdikdən sonra onun komandada qalıb-qalmayacağına qərar veriləcək”.

Qeyd edək ki, müqavilə ilə "Trabzonspor"a məxsus olan R.Şeydayevin "Mattersburq"la (Avstriya) danışıqları müsbət nəticələnməyib.


Son xəbərlər
topaz banner