“Astana”nın yeni transferi Riçard Almeyda sports.kz saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, “Qarabağ”ın sabiq oyunçusu Qazaxıstan klubunu seçmə səbəbləri haqda da danışıb.
- Hər kəs sizin Avropa klublarından birinə keçəcəyinizə əmin idi. Son zamanlar pula görə ərəb klublarından birinə gedəcəyiniz haqda xəbərlər yayıldı. Amma siz "Astana"nı seçdiniz. Niyə?
- Bir neçə klubdan təklif almışdım. Ancaq ailəmlə birlikdə qərara gəldik ki, “Astana”ya getmək lazımdır. Çünki bu klub həmişə Çempionlar Liqası və ya Avropa Liqasının pley-off mərhələsi və ölkəsində çempionluğa oynayır. Hər il avrokubokların qrup mərhələsində mübarizə aparır.
- "Astana"nın təklifində nə diqqətiniz çəkdi ?
- Məni komandada görmək istəyirdilər və mənə inanırdılar. Məni burada olmağım üçün hər cür səy göstərdilər. Buna görə də “Astana”ya keçməyə qərar verdim.
- Bəzi azərbaycanlı jurnalistlər kimi, siz də “Astana”nı tramplin hesab edirsiniz? Sizcə, Qazaxıstan çempionuna keçidi peşəkar karyeranızda irəliyə atılmış addımdır?
- Həyatımda verdiyim qərarlardan asılı olmayaraq, mən həmişə irəliləyirəm. Daim daha yüksəyə çalışmışam. Ən əsası, ailəm yanımdadır və mənə dəstəkləyirlər. “Astana”ya keçdiyim üçün şadam.
- Baş məşqçi Roman Qriqorçuku yaxşı tanıyırsınız?
- Azərbaycanda dəfələrlə onun komandasına qarşı çox oynamışam. Onu yaxından tanımırdım, ancaq yaxşı məşqçiliklə yanaşı, həm də gözəl insan olduğunu bilirdim. Mənim bura gəlməyimdə öz rolunu oynadı. Qriqorçuk mənim necə işlədiyimi yaxşı bilir.
- “Astana” və Qazaxıstanla bağlı ilk təəssüratlarınız necədir?
- Təəssüratlar çox yaxşıdır. Bura gəldiyim ilk gündən hamı məni yaxşı qəbul etdi. Eyni zamanda klubun oyunçularına təklif olunan əla infrastruktur var.
- Azərbaycanda mövsüm mayda başa çatır, Qazaxıstanda isə davam edir. Bərpa olunmaq və gücünüzü toplamaq imkanınız oldu? Hazırda funksional durumunuzu necə dəyərləndirərdiniz?
- Əslində 100 faiz hazır deyiləm. Çünki mənə məşq etməyə mane olan problemlər var idi. Ancaq gündən-günə fiziki durumumu artırıram, çox çalışıram.
- Qazaxıstana qarşı Astanada keçirilən yoldaşlıq görüşündə Azərbaycan millisinin heyətində niyə çıxış etmədiniz? Bu oyuna baxdınızmı?
- Ayaq biləyim sişdiyi üçün oynaya bilmədim. Matça baxa da bilmədim. Çünki həmin vaxt təyyarədə idim, Braziliyaya istiraətə gedirdim.
- “Astana”nın son matçını izlədiniz? Özünüzü komandanın hansı mövqeyində görürsünüz?
- Həm son, həm də ondan əvvəlki iki görüşü izlədim. Mənim rolum komanda yoldaşlarıma kömək etməkdi. Komandada əla futbolçular var.
- “Astana” gələn həftə Çempionlar Liqasında təsnifat mərhələsinə start verəcək. İlk oyun üçün iştirak ərizəsində olacaqsınız?
- Fikrimcə, bəli.
- “Astana” azarkeşlərinə nə demək istərdiniz?
- Onlar arxayın olsunlar ki, mən çalışmağı sevən insanam. Həmişə kollektivin maraqlarını üstün tuturam. Birlikdə yaxşı nəticələr əldə edə bilərik.
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı
"Həyatımın mühüm bir səhifəsi bağlanır"
“Sabah” - TNS matçının heyətləri açıqlandı
Argentina - Misir: Heyətlər
Norveç millisinin bir neçə futbolçusu xəstələnib
“Qarabağ” yeni formalarını təqdim etdi - Video
Mahir komandasının düşərgəsinə qoşuldu, amma…
“Seltik” “Qarabağ”la razılığa gəldi
Sabiq kapitanı "Atletiko"nun məşqçisi oldu
Daha 2 il "Araz-Naxçıvan"da
Xəyal Əliyev mükafatlandırıldı
"Torpedo" ilə oyun çətin olacaq" - Qismət Alıyev
"Kəpəz"də günün 3-cü ayrılığı
"Qəbələ"dən gedənlərin sayı 11 oldu
Yaponiya millisinin üzvü "Valensiya"da
"Çelsi"nin sabiq baş məşqçisi bu klubda çalışacaq - Rəsmi
“Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
Azərbaycan Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Kəpəz" bu ayrılığı açıqladı
Qubada güləş zalı istifadəyə verildi
Yassin Benzia klubundan ayrıldı
16 il sonra yenidən...
Amin Ramazanovun “Sabah”a keçidi rəsmiləşdi
Ronaldo millidəki gələcəyindən danışdı
Senator növbəti dəfə Mbappeni sərt tənqid etdi
Numeralogiyanın Martinez üçün ironik sonluğu