"Atletiko" Kaliniçlə anlaşdı – iddia

"Atletiko" Kaliniçlə anlaşdı – iddia
XƏBƏR 6 İyul 2018 / 16:56 2652
-  A +

“Milan”ın hücumçusu karyerasını İspaniyada davam etdirəcək.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu “Atletiko”ya keçməyə yaxındır. İtaliya mətbuatı isə iddia edir ki, artıq Madrid klubu ilə Kaliniç arasında razılıq əldə olunub. O, yeni komandasında ilinə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, “Atletiko” Kaliniçə “Valensiya”ya keçidi gündəmdə olan Kevin Qameyronun əvəzləyicisi kimi baxır. “Valensiya”nın hücumçusu Simone Zazanın isə “Milan”a transfer olunacağı gözlənilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner