Azərbaycana gəlmədi, Fransa klubuna keçdi

Azərbaycana gəlmədi, Fransa klubuna keçdi
XƏBƏR 6 İyul 2018 / 15:06 6079
-  A +

Qvineya millisinin üzvü Seku Konde Azərbaycandan təklif alıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda futbolçu özü məlumat verib. Bu gün Fransa 2-ci liqa təmsilçilərindən “Şatoru” ilə müqavilə bağlayan 25 yaşlı oyunçu bu komandanı seçməsinin səbəbini açıqlayıb:

“Rusiya, Türkiyə, Qazaxıstan, Azərbaycan və Belçikadan ümumilikdə 10-a yaxın təklif almışdım. Qərar vermək üçün bir qədər fikirləşdim. Fransada oynayan dostlarımla məsləhətləşdikdən sonra “Şatoru” ilə müqavilə bağlamağa qərar verdim”.

Qeyd edək ki, Konde 2015-ci ildən Qvineya yığmasına çağırılır.

Son xəbərlər
topaz banner