Bruno Alveş İtaliya klubunfa

Bruno Alveş İtaliya klubunfa
XƏBƏR 6 İyul 2018 / 14:51 3048
-  A +

Portuqaliya millisinin üzvü Bruno Alveşin yeni klubu məlum olub.

Qol.az-ın xəbərinə görə, 36 yaşlı müdafiəçi İtaliya A seriyasına vəsiqə qazanan “Parma”ya keçib. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Qeyd edək ki, Alveş son mövsümü Şotlandiyanın “Reyncers” klubunda keçirib. O, karyerası ərzində “Portu”, “Zenit”, "Kalyari" və “Fənərbaxça” kimi klublarda da oynayıb.



Son xəbərlər
topaz banner