Məşhur FİFA referisi baş məşqçi oldu

Məşhur FİFA referisi baş məşqçi oldu
XƏBƏR 6 İyul 2018 / 13:17 4244
-  A +

İtaliyalı məşhur hakim Paolo Talyavento məşqçiliyə başlayıb.

Qol.az-ın xəbərinə görə, sabiq FİFA referisi İtaliya C Seriyasında çıxış edən “Ternana” klubuna baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hakimlik karyerasını bu yaxınlarda başa vuran 45 yaşlı Talyavento doğulduğu Terni şəhərini təmsil edən klubdan gələn təklifi dərhal qəbul edib.

Qeyd edək ki, Talyavento karyerası ərzində Çempionlar Liqasında 28, Avropa Liqasında 32, A Seriyasında 221 oyun idarə edib.

Son xəbərlər
topaz banner