"Qarabağ"dan 6-cı transfer – rəsmi

"Qarabağ"dan 6-cı transfer – rəsmi
ÖLKƏ FUTBOLU 6 İyul 2018 / 11:25 11361
-  A +

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” növbəti trasnferini həyata keçirib.

Qol.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi braziliyalı qapıçı Vaqner da Silvanı heyətinə qatıb. 32 yaşlı qolkiperlə müqavilənin müddəti və digər detalları hələlik açıqlanmır.

Qeyd edək ki, son mövsümü  icarə əsasında Portuqaliya “Boavişta”sında keçirən da Silva müqavilə ilə Belçikanın “Muskron” klubuna məxsusdur. Braziliyada “Atletiko Paranaense”, “İtuano”, “Desportivo Brasil” komandalarının şərəfini qorumuş qapıçı 2010-2015-ci illərdə Portuqaliyada “Eştoril”in formasını geyinib.

Xatırladaq ki, “Qarabağ” bundan öncə Filip Ozobiç, Rahil Məmmədov, Abdulla Zubir, Hannes Halldorsson və Simeon Slavçevi transfer edib.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır