"Qəbələ" Sloveniya toplanışını başa vurdu

"Qəbələ" Sloveniya toplanışını başa vurdu
XƏBƏR 5 İyul 2018 / 22:30 1353
-  A +

2018-2019-cu illər mövsümünə hazırlaşan “Qəbələ” Sloveniya toplanışını başa vurub.

Qol.az-ı klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” iyunun 20-də start götürən hazırlıqların 16-cı gününü bir məşqlə yekunlaşdırıb.

Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi bərpaedici çalışmalardan ibarət olub. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında vətənə dönüb.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 20-dən iyulun 5-dək davam edən hazırlıq prosesində 3 yoxlama oyunu keçirib. Komandamız Albaniyanın “Kukesi” (1:1), Xorvatiyanın “Dinamo” (0:2) və Polşanın “Krakoviya” (0:1) klubları ilə qarşılaşıb.


Son xəbərlər
topaz banner